Meksikanın Azərbaycandakı səfiri Quba rayonuna səfər edib. Bu barədə ShimalNews 30 iyul tarixində Quba RİH-yə istinadən məlumat verir.
Səfirlə görüş Quba Rayon İcra Hakimiyyətində baş tutub. Meksika Birləşmiş Ştatlarının səlahiyyətli nümayəndəsi Xuan Rodriqo Labardini Flores RİH-nin başçısı Ziyəddin Əliyevlə görüşüb.
Səfər çərçivəsində qonaq “ABAD Factory” istehsalat kompleksinə baş çəkib və Xınalıq kəndində olub.