55 saylı Siyəzən–Quba–Xızı seçki komissiyasının tərkibində dəyişiklik edilib. Bu haqda ShimalNews 20 dekabr tarixində məlumat verir.
Qərar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən verilib. Sənəddə deyilir ki, Tamerlan Qurbanov seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilir. Əsmər Ağayeva isə seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilir.