Şabran rayonunda leysan xarakterli yağışlardan sonra Dəvəçiçaya gələn güclü sel fəsadlar törədib.
Shimal.News-un məlumatına görə, təbii fəlakət şəhər sakini Mətanət Ağayevaya məxsus yaşayış evini tamamilə yararsız hala salıb. Selin gücü nəticəsində evin bir hissəsi uçub, əşyalar yararsız vəziyyətə düşüb.
Hazırda ailə çarəsiz vəziyyətdə qalıb və müvəqqəti olaraq qonşuların evində gecələməyə məcburdur.
Zərərçəkən Mətanət Ağayeva bildirir ki, hadisədən sonra Şabran Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə baxış keçirsələr də, indiyədək heç bir rəsmi qurum tərəfindən onlara yardım göstərilməyib.