top
Leyla Əliyevanın təşəbbüsü ilə “Gənc arıçı” layihəsi Xızı rayonunda həyata keçiriləcək
05 may 2025, 17:47
- ↺ +

Leyla Əliyevanın təşəbbüsü ilə “Gənc arıçı” layihəsi Xızı rayonunda həyata keçiriləcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsi bu dəfə Xızı rayonunda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.

IDEA İctimai Birliyinin mətbuat xidmətindən Shimal.News-a verilən məlumata görə, layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar. Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda, məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.

Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə, gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.

“Gənc arıçı” layihəsində iştirak etmək istəyən Xızı rayonunda yaşayan 18-35 yaş arası gənclər mayın 18-dək müraciətlərini IDEA İctimai Birliyinin “1113” qaynar xətti və ya elektron poçt ünvanına ([email protected]) göndərmələri və yaxud Dövlət Məşğulluq Agentliyinin Xızı rayon xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsində bilik və təcrübəsi, sosial vəziyyəti, həmçinin arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün müvafiq həyətyanı torpaq sahəsinin mövcudluğu əsas meyarlar kimi nəzərə alınacaq.

 

 

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər