Şamaxıda kürəkən qayınatasını qətlə yetirib.
Repot.аz-ın məlumatına görə, 31 yaşlı Teymur Vüqar oğlu Əliyev ailə münaqişəsi zəminində qayınatası, 54 yaşlı Elşən Seyfi oğlu Quliyevə bıçaqla xəsarət yetirib.
Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.