Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Qubaya səfər edib. Bu barədə ShimalNews 8 dekabr tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Cənab Li İn-Yonq dekabrın 7-də rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən qəbul edilib. Görüşdən sonra şəhərin ən böyük ticarət mərkəzi ilə tanışlıq baş tutub.