Xaçmaz KOB İnkişaf Mərkəzində sahibkarlar üçün növbəti təlim təşkil edilib. Bu haqda ShimalNews 22 noyabr tarixində mərkəzə istinadən məlumat verir.
"Sahibkarlar üçün psixomotivasiya" mövzusunda baş tutan görüşdə mərkəzin eksperti tərəfindən motivasiya, onun növləri, motivasiya üsul və metodları ilə bağlı iştirakçılara məlumat verilib. Bundan əlavə, təlimdə motivasiyanın şirkətin idarə olunmasında və səmərəliliyin artırılmasında əhəmiyyəti, psixomotivasiya, maliyyə savadlılığı, yaşıl biznes barədə danışılıb.
Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.