Kənd təsərrüfatı naziri İsmayıllı rayonuna səfər edib. Bu haqda ShimalNews 27 iyun tarixində nazirliyə istinadən məlumat verir.
İvanovka kəndinə gələn nazir Məcnun Məmmədov taxıl biçininin təşkili prosesi ilə tanış olub. O, yerli fermerlərlə görüşüb, taxıl sahələrində məhsuldarlığın artırılması üçün həyata keçirilməli olan müasir aqrotexniki tədbirlər barədə fikir mübadiləsi aparıb. Nazir üzüm bağları, günəbaxan sahələri, toxumluq əkinlərə baxış keçirib, İsmayıllı toxum emalı zavodunda olub, Keyvəndi kəndində “Azza Agro” şirkətinin qurduğu müasir heyvandarlıq kompleksi, Qalınçaq kəndində salınmış müasir intensiv və superintensiv meyvə bağları ilə tanış olub.
Məcnun Məmmədov, həmçinin İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub, kollektivlə görüşüb, fermerlərə xidmətin təşkili ilə maraqlanıb.