top
Kənd evinin həyətində bal muzeyi - FOTO
20 may 2025, 19:20
- ↺ +

Kənd evinin həyətində bal muzeyi - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

BMT-nin Baş Assambleyasının 2017-ci ildə verdiyi qərara əsasən, hər il mayın 20-si Dünya Arı Günü kimi qeyd edilir. Dünya Arı Gününün qeyd edilməsində məqsəd arıların planetin və insanların sağlamlığı üçün daşıdığı böyük əhəmiyyətə, eyni zamanda, arıçılıq təsərrüfatlarının qarşılaşdıqları çoxsaylı problemlərə diqqət çəkməklə, bu barədə məlumatlılığı artırmaqdır.

AZƏRTAC-ın məlumatına görə, son illər ölkəmizdə də arıçılıq inkişaf edir, bu sahədə müsbət nəticələr əldə olunur. Bu, ilk növbədə, peşəsini sevən, daim yeniliklərə can atan insanların sayəsində baş verir. Qəbələdən olan arıçı Anar Məmmədov kimi. Dünya Arı Günündə təsərrüfatında arıçılıq məhsullarından ibarət sərgi-muzey açan Anar Məmmədov bundan əvvəl də bir sıra layihələri ilə yerli və xarici qonaqların diqqətini özünə cəlb edə bilib.

Məmmədovlar ailəsi Qəbələnin ucqar Məmmədağalı kəndində yaşayır. Ailə təsərrüfatı da elə həyətlərində yerləşir. Lakin bu məkana ilin hansı fəslində daxil olsanız, burada arıçılıqla bağlı diqqətinizi bir deyil, bir neçə yenilik, maraqlı məqam cəlb edəcək.

Beş il əvvəl təsərrüfatın ətrafını arıçılığa dair rəsmlərlə bəzəyərək, yerli və xarici qonaqların diqqətini çəkən arıçı Anar Məmmədov daha sonra ilk apiterapiya (arı zəhəri və onun məhsullarından istifadə etməklə müalicə üsulu – red.) otaqları təşkil edərək, bura gələnlərə xidmət göstərməyə başlayıb. Son illər yüzlərlə insan bu otaqlarda apiterapiya müalicəsi alıb.

İllərini bu çətin və maraqlı peşəyə həsr edən ailə üzvləri arıçılığı nəsildən-nəslə ötürür. Məmmədovlar ailəsi 40 ildən çoxdur ki, arıçılıqla məşğuldur. Babadan başlayan bu ənənəni bu gün nəvələr davam etdirir. Ailə uzun illər bu sahə ilə məşğul olduğundan istehsal etdikləri məhsulların sərgi və muzeyini təşkil etmək qərarına gəlib.

Arıçı Anar Məmmədov yerli həmkarlarının deyil, həm də xarici ölkələrin arıçılığa dair təcrübəsini öyrənir, yenilikləri təsərrüfatında tətbiq edir. “Yerli və xarici ölkələrdə qatıldığım sərgilər mənə biliyimi, təcrübəmi artırmağa imkan verir. Bu sərgilərdə gördüyüm yenilikləri öz təsərrüfatımda tətbiq etməyə çalışıram. Ən böyük arzum isə təsərrüfatımda istehsal etdiyimiz məhsulların muzeyini açmaq idi”, - deyən Anar Məmmədov artıq bu istiqamətdə ilk addımın atıldığını vurğulayır.

“Bəs, sərgi-muzeydə hansı arı məhsulları nümayiş etdirilir?”, - deyə sual etdikdə, arıçı bildirir ki, təsərrüfatında beş növ bal var: “Buraya çiçək və lavanda balları, eyni zamanda, köçəri arıçılıqdan topladığımız cökə, dağ balı və şabalıd balı daxildir. Təsərrüfatımızda 2019-cu ildə əldə etdiyimiz bir neçə növ məhsulumuz bu gün muzeyimizi bəzəyir”. Arıçı onu da əlavə edir ki, burada güləm, çiçək tozu, arı südü kimi məhsullar da var.

Təsərrüfatında daim yenilik və innovasiyalara üstünlük verən arıçı həyətində yetişdirdiyi meyvə və giləmeyvələrin sirkəsini də hazırlayır. Arıçı bu il ballı sirkə hazırlamaqla daha bir ilkə imza atmasından danışıb: “Ailəmizdə hələ keçmişdən sirkə hazırlamaq ənənəsi vardı. Bu işi yenidən bərpa etmişik. Hazırda 15 növ sirkə hazırlayırıq. Bu ildən isə sirkə çeşidlərinin sırasına ballı sirkəmizi də qoşduq. Bu, çiçək balından hazırlanan sirkədir. Gələcəkdə digər ballardan da sirkə hazırlayacağıq”.

Qeyd edək ki, rayonda və ölkəmizdə arıçılığın inkişafına töhfələr verən Anar Məmmədov ötən il dövlət başçısının Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

 

 

 

 

 

 

 

Son xəbərlər

Hadisə
Bu gün, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Bu gün, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Bu gün, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Bu gün, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Bu gün, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Bu gün, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Bu gün, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Bu gün, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Bu gün, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Bu gün, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Bu gün, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Bu gün, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər