Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin şagirdi uğura imza atıb. Bu barədə ShimalNews 5 iyul tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
IX sinif şagirdi Osman Həsənli 24 -30 iyun tarixlərində Serbiyada keçirilən Avropa Beynəlxalq Coğrafiya (EGEO) Olimpiadasında iştirak edib. Nəticələrə əsasən, gəncimiz lV yerə layiq görülüb.
Bundan öncə isə Osman RFO-nun Coğrafiya fənni üzrə finalında gümüş medal qazanmışdır.