İsmayıllıda gənclər üçün keçirilən yay düşərgəsində intellektual oyun baş tutub. Bu barədə ShimalNews 25 iyul tarixində Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən xəbər verir.
“Kod - İsmayıllı” adlı yarış iyulun 24-ü Dağlıq Şirvan Regional Gİİ və İntellektual Oyunlar Klubu tərəfindən təşkil edilib.
“Biz Gələcəyik” adlı yay düşərgəsi Heydər Əliyev adına parkda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 həftə ərzində keçirilir.
Onun məqsədi ictimaiyyətin diqqətini uşaqların inkişafına və hüquqlarının qorunmasına yönəltməkdir. Eləcə də hər kəsi yeniyetmələrin təşəbbüs və təkliflərinin ifadəsi üçün şərait yaratmağa çağırmaqdır.