İsmayıllı rayonunun Kəlbənd kəndində yanğın qeydə alınıb.
Shimal.News xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Ümumi sahəsi 135 kv.m olan köməkçi tikili, onun içərisində yığılan 20 ton ot bağlaması yanıb.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.