top
İsmayıllıda qardaş bacısının sevgilisini TOYDA BIÇAQLAYIB ÖLDÜRDÜ
04 dekabr 2024, 19:00
- ↺ +

İsmayıllıda qardaş bacısının sevgilisini TOYDA BIÇAQLAYIB ÖLDÜRDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllıda qardaş bacısı ilə sevgili olan şəxsi toyda öldürüb.

Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə keçirilib.

Belə ki, Nihat Əliyev iyunun 10-u toy üçün İsmayıllıya gedib. Əmisi oğlu Sənan Abdullayevin “Aytən” şadlıq sarayında keçirilən toy məclisində spirtli içki qəbul edərək yüngül sərxoş olub. Həmin toy məclisində iştirak edən əvvəllər tanıdığı Ceyhun Vəliyevi görüb. Bir neçə müddət əvvəl Ceyhunla bacısı Günel arasında olan münasibətə görə qaynaqlanan mübahisəni xatırlayıb. Buna görə Ceyhunun onun yaxın qohumunun toyunda iştirak etməsini qəbul etməyərək öldürmək qərarına gəlib. Cibində gəzdirdiyi qatlanan bıçaqla toy məclisində iştirak edən qohumlarının gözü qarşısında Ceyhunun ürəyindən dəfələrlə bıçaqlayaraq öldürüb.

Nihat Əliyev Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 və 221.3-cü (insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nihat Əliyev özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, bacısıyla Ceyhun arasında sevgi münasibəti olub:

“Narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişəm, lakin psixotrop maddə metamfetamindən istifadə etməmişəm. Bacım Günellə Ceyhun arasında sevgi münasibəti olub. Buna görə əvvəllər Ceyhuna xəsarət yetirmişəm. Çünki Ceyhun məni həmişə təhqir edib. Mənimlə ədavəti olan çox şəxs olduğu üçün üzərində daim bıçaq gəzdirəm. Həmin toy məclisinə gedəndə də qeyd olunan səbəbdən üzərimdə bıçaq olub.

Günel əri Azərlə Yevlax şəhərində yaşayırdı. Amma Ceyhunla sevgi münasibəti olub. Buna görə onu qolundan bıçaqlamışdım. Toy günü də Ceyhunun orada əylənməsini qəbul edə bilmədim. Ceyhunu öldürmək fikrim yox idi”.

Məhkəmə baxışı zamanı iş üzrə Ceyhun Vəliyevin hüquqi varisi qismində Toğrul Verdiyev ifadə verib:

“Ceyhun mənim oğlumdur. Eşitdiyimə görə Nihad Ceyhunu bacısı ilə münasibəti olduğu üçün bıçaqlayıb. Toyda da oğlum iştirak etmişdi. Mən getmədim. Nihadın qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edirəm”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Nihad Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Bu gün, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Bu gün, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Bu gün, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Bu gün, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Bu gün, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Bu gün, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

Oxşar xəbərlər