İsmayıllıda ağacları qanunsuz kəsən şəxs aşkar olunub. Bu barədə ShimalNew 22 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Rayon sakini Tahir Osmanov tərəfindən qanunun pozulduğu qeydə alınıb. Hadisə cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.