İsmayıllının Bizlan kəndində fəaliyyət göstərən qəssab dükanı tərəfindən tullantıların nəzərdə tutulmayan yerə atılaraq qalaqlandığı müəyyən edilib. Bu barədə ShimalNews 25 iyul tarixində məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti bildirib ki, faktlarla bağlı dükanın sahibi Ravil Hümbətov barəsində qanunamüvafiq tədbirlər görülüb.
Ərazi təmizlənib, gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə obyekt sahibinə məcburi göstəriş verilib.