İsmayıllının Kürdmaşı kəndində evdən çıxaraq geri dönməyən şəxsin meyiti göldən tapılıb. Bu haqda ShimalNews 24 may tarixində məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Kürdmaşı kəndi yaxınlığındakı süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Daha öncə 26 yaşlı Əli Qasımovun mayın 23-ü saat 17:00 radələrində kəndin yaxınlığında olan süni gölə çimmək üçün getdikdən sonra ailə üzvləri ilə əlaqəsinin kəsildiyi haqda xəbər vermişdik.