İsmayıllıda 44 yaşlı Pərviz Əliyev yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Bu haqda ShimalNews 19 iyul tarixində məlumat verir.
Məlumata görə, həmin şəxsin həyat yoldaşı, 45 yaşlı Şəfa Əliyeva şəkər xəstəliyi səbəbindən komaya düşərək, dünyasını dəyişib. Pərviz buna dözməyərək həmin gün özünə bıçaq xəsarətləri yetirmişdi. Həkimlər onun həyatını xilas edə bilmişdi.
Müalicədən sonra Əliyev evə buraxılıb və intihar edib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.