İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Zootexniklik” və “Baytarlıq” ixtisasının tələbələri təcrübədədirlər. Bu haqda ShimalNews 15 may tarixində məlumat verir.
Gənclər Keyvəndi kəndində yerləşən “AZZA AGRO” və “Aqrokompleks Qəbələ” MMC-lərin heyvandarlıq kompleksində və Baytarlıq apteklərində olublar. Onlar burada təsərrüfatda baytar sanitariya, zoogigiyena və zootexniki qaydalara ciddi əməl edilməsi, kompleksdə damazlıq seleksiyanın yüksək səviyyədə təşkili, mal-qaranın yemləndirilməsi, cavan mal-qaranın böyümə və inkişafını nəzarətdə saxlamaq üçün kompleksin işçiləri tərəfindən görülən bütün işlərdə iştirak edirlər. Təcrübə iyunun 6-dək davam edəcək.
[caption id="attachment_60456" align="alignnone" width="640"]
Foto açıq mənbələrdən[/caption]