İsmayıllıda yerləşən faydalı qazıntı yatağının hərracı üzrə nəticələr açıqlanıb. Bu haqda ShimalNews 28 sentyabr tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.
Müsabiqəni ƏMDX-nin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birgə həyata keçirib. “Bilistan II” (3,1 ha) yatağı istifadəyə verilib.