top
İsmayıllıda DƏHŞƏT: Ona xəyanət edən arvadına 20 bıçaq zərbəsi vurdu
24 dekabr 2024, 17:30
- ↺ +

İsmayıllıda DƏHŞƏT: Ona xəyanət edən arvadına 20 bıçaq zərbəsi vurdu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllıda kişi arvadını xəyanətinə görə bıçaqlayaraq öldürüb.

Shimal.News -un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 1985-ci il təvəllüdlü Etibar Məmmədov (ad şərtidir) İsmayıllı şəhərində doğulub. Boşanma ərəfəsində olduğu arvadı Aytən Bədəlova qalmaq üçün atası evinə gedib. O, arvadından xəyanət etdiyi üçün qisas alaraq, öldürmək qərarına gəlib.

Hadisə günü arvadı heç nədən şübhələnməsin deyə, ərizənin surətini çıxarmaq bəhanəsi ilə dükana aparıb.

Orada söhbət etdikdən sonra mobil telefonunu və uşaqlarının şəxsiyyət vəsiqələrini vermək üçün Aytəni aldadaraq əvvəl yaşadıqları evə aparıb. Bir müddət hal-əhval etdikdən sonra xəyanətinin səbəbini soruşub. Həyat yoldaşı buna görə peşman olduğunu deyib. Bunu eşitdikdən sonra arvadını öldürmək üçün bıçağı çıxarıb və iki dəfə qarnından vurub. Aytən qan itirməyə başlayıb və sürünərək pəncərəyə tərəf gedib. Pəncərədən tullanaraq qonşunun həyətinə düşüb və qaçmağa başlayıb. Bunu görən Etibar yoldaşının arxasınca qaçaraq onu saxlamağa nail olub. Onu saxladıqdan sonra amansızca 20 dəfə bıçaq zərbəsi endirib. Nəticədə qadın həyatını itirib.

Etibar Məmmədov Azərbaycan Respublikası CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Etibar Məmmədov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib:

“İşləmək üçün Bakıya gedib-gəlirdim. Bir gün kəndə qayıdanda atam dedi ki, yaşadığımız ərazidə tez-tez “VAZ 2106” markalı avtomobil görünür. Aytəndən həmin avtomobilin kimə məxsus olduğunu soruşdum, bilmədiyini dedi. Arvadıma inandım, bu məsələni şişirtmədim. Aprel ayında yenidən işləmək üçün Bakıya qayıtdım. Yoldaşım oteldə aşpaz işləyirdi. Bir neçə dəfə işlərinin çox olduğu üçün gecəni oteldə qalmaq üçün məndən icazə almışdı. Mən də inanıb qalmasına icazə verdim.

Aprelin sonunda kəndə qayıdanda atam dedi ki, Aytən haqqında söz-söhbət yayılıb. Əmim oğlanları arvadımın “VAZ 2106” markalı avtomobilə minib getdiyini görüblər. Amma o, işə hər gün otelə məxsus avtobusla gedib-gəlməlidir. Arvadımın mənə xəyanət etdiyini dəqiqləşdirdikdən sonra onu işdən çıxardım. Sonra onun hansı tarixlərdə oteldə qaldığı ilə maraqlananda, cəmi iki dəfə orada gecələdiyi məlum oldu. Bu tarixlər isə mənə dediyi vaxtlarla üst-üstə düşmürdü. Aytəni ailədə sorğu-sual etdikdə hər şeyi etiraf etdi. Kənan adlı şəxslə gecələdiyini dedi. Aytəni etirafından sonra atası evinə göndərdim. Kənanla əlaqə qurduqda öyrəndim ki, arvadım dəfələrlə başqa kişilərlə də görüşüb. Bir neçə gün sonra boşanmaq üçün ərizə verdik. Uşaqlarla bağlı sənədləri vermək üçün Aytəni evə apardım. Evdə olan zaman onu öldürmək üçün dəfələrlə bıçaqladım. Özümə gələndən sonra polisə təslim oldum”.

Məhkəmədə şahid qismində dindirilən mərhum Aytən Bədəlovanın atası ifadəsində deyib:

“Bir gün gecə saatlarında Etibar gələrək Aytəni xəyanət etdiyinə görə ata evinə qaytardığını dedi. Səhər isə gəlib işdən çıxmaq barədə ərizəyə qol çəkdirdi. Hadisə günü Etibar Aytəni söhbət etmək üçün aparıb. 1-2 saat sonra kürəkənimin atasına zəng etdim. Cavab vermədi. Təxminən 1 saat sonra nəvəm Ləman telefonda xəbərləri oxuyurdu. Bu zaman anasının qətlə yetirildiyi barədə xəbəri oxuyub bizə də məlumat verdikdən sonra huşunu itirdi. Özümü yaxşı hiss etmədiyim üçün morqa yoldaşım və oğlum getdilər.

Qızım bizdə qaldığı müddətdə ondan bu məsələnin nə olduğunu soruşduqda kiminsə Etibarın beynini doldurduğunu demişdi. Etibar özü bir neçə dəfə başqa qadınlarla birlikdə olub. Etibar Aytəni bunu qəbul etmədiyinə görə bir neçə dəfə döyüb. Ona ağır cəza verilməsini istəyirəm”.

Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Etibar Məmmədovu cinayət üzrə təqsirli bilib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Etibar Məmmədov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

İqtisadiyyat
Dünən, 11:06

Şimal bölgəsində turist axını: Yerli əhali nə qazanır, nə itirir?

Cəmiyyət
Dünən, 10:39

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Cəmiyyət
Dünən, 09:49

Şəki-Qax avtomobil yolunu duman bürüdü – VİDEO

Cəmiyyət
Dünən, 09:19

Qusarlı şagirdlər rəqs üzrə birinci olublar

Cəmiyyət
Dünən, 09:17

Caqacuq çayı üzərində yeni körpü inşa olunur

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: XRONİKA

İdman
28 oktyabr 2026, 18:00

Qusarlı idmançılar paytaxtdan 6 medalla qayıtdılar

İdman
28 oktyabr 2026, 17:26

"Şahdağ Qusar"la oyundan sonra "Səbail"ə ağır cəzalar verilib

Faydalı
28 oktyabr 2026, 17:10

Qəbələ 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

İdman
28 oktyabr 2026, 16:49

Şimal klublarının Kubok sınağı: "Şahdağ Qusar"dan 9 qol, "Şamaxı"dan böyük qələbə, üç komanda isə mübarizəni dayandırdı

Cəmiyyət
28 oktyabr 2026, 16:21

Qubada məktəblilər yanğınsöndürənlərin işi ilə tanış olublar

Hadisə
28 oktyabr 2026, 16:01

Zaqatalada 4 otaqlı ev yandı

İdman
28 oktyabr 2026, 15:34

"Şəki"nin yeni baş məşqçisi bəlli olub

Kriminal
28 oktyabr 2026, 15:26

Siyəzəndə qətlə yetirilən Xəyalənin qonşuları danışdı – VİDEO

Hadisə
28 oktyabr 2026, 14:30

Zaqatalada 924 min manatlıq dələduzluq: iş adamı həbs edildi

Oxşar xəbərlər