İsmayıllı rayonunun Burovdal kəndi yaxınlığındakı dağlıq ərazidə tur ovlayan şəxs saxlanılıb. Bu barədə ShimalNews 5 iyul tarixində xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, qanunsuz ov edən şəxsi aşkar etmək üçün qurum əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.
Araşdırma zamanı qanunsuz ov edən şəxsin İsmayıllı rayonunun Candahar kənd sakini Rövşən Cavadov olduğu müəyyən edilib.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.