İsmayıllı rayonu ərazisində ətraf mühitin mühafizəsi tələblərinə əməl etməyən məmur məsuliyyətə cəlb edilib. Bu barədə ShimalNews 19 iyul tarixində DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Polis Şöbəsinin əməkdaşları Keyvəndi kəndi ərazisində yoxlama keçirdikləri zaman qayda pozuntuları aşkar ediblər.
Nəticədə sanitariya-gigiyena qaydalarını pozan həmin kəndin bələdiyyə sədrinə cərimə tətbiq olunub.