İsmayıllı rayonu ərazisində sanitariya-gigiyena qaydalarını pozan məmur cəzalandırılıb. Bu barədə ShimalNews 1 avqust tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları Soltankənd ərazisində yoxlamalar keçiriblər. Nəticədə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilmədiyi aşkar olunub.
Həmin kənd bələdiyyəsinin sədri İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduğuna görə ona qarşı inzibati tənbeh tədbiri tətbiq olunub.