Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov İsmayıllı rayonunda səyyar qəbul keçirib. Bu barədə ShimalNews 18 iyul tarixində RİH-yə istinadən məlumat verir.
İlk öncə Vətən müharibəsi şəhidi Həsənquliyev Nicat Aydın oğlunun xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksi ziyarət edilib.
Daha sonra Ağdam rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş baş tutub. Onları narahat edən məsələlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.