İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər keçiriblər. Bu barədə ShimalNews 13 iyul tarixində DİN-ə istinadən məlumat verir.
Xanagah kəndi ərazisində yabanı halda bitmiş 1989 ədəd çətənə kolu aşkar edilib. Çəkisi 1 ton 349 kq olan bitki məhv edilib.