İsmayıllı rayonunda dövlət əmlakı təkrar hərraca çıxarılacaq. Bu barədə ShimalNews 15 iyul tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.
Soltankənd kəndində yerləşən Yaradıcılıq Evi hərracda təqdim ediləcək. Əmlakın ilkin satış qiyməti 12 000 manat, beh isə 1500 manat təşkil edir. Tikilinin ümumi sahəsi 673,7 kv.m-dir.
Auksion 15 avqust saat 10:00-da keçiriləcək.
Əlaqə telefonu: (kod 02028) 5-64-64.