İsmayıllının Qalınçaq meşəbəyliyində ərazilər təmizlənib. Bu barədə ShimalNews 31 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
"Təmiz ölkəm" aksiyası çərçivəsində təşkil edilən tədbirdə nazirliyin regional bölmələri, yerli icra orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər. İməcilik zamanı 2.5 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.
ETSN hər kəsi təbiətimizə qayğı ilə yanaşmağa və onu təmiz saxlamağa çağırıb.