İsmayıllıda ər və arvad şəhər sakinini ölümlə təhdid ediblər. Bu haqda ShimalNews 18 iyul tarixində Lent.az-a istinadən məlumat verir.
Aqil Səlimov polisə müraciət edərək bildirib ki, Qəbələ rayonundan olan ər və arvad - Rəqsanə və Elməddin onu hədələyiblər və külli miqdarda pul tələb ediblər.
Faktla bağlı İsmayıllı polisində araşdırma aparılır.