İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində yanıb. Bu barədə ShimalNews 21 iyun tarixində "Unikal"a istinadən məlumat verir.
Müdrü kənd sakini, 51 yaşlı Zeynal Babayev qardaşının evində qaz balonunun qəflətən alışması nəticəsində böyük alov yarandığını görüb. Evi yanğından mühafizə etmək üçün balonu əlinə götürərək bayıra çıxarıb.
Z.Babayev kürəyin solunun, sol budun, sağ əlin, sağ ayağın termiki yanığı diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.