İsmayıllının Diyallı kəndi ərazisində kişi meyiti aşkarlanıb. Bu barədə ShimalNews 20 iyul tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Ehtimal olunur ki, həmin şəxsin təxmini 30-40 yaşı var.
Cəsəd müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.