İsmayıllı sakininin qanunsuz saxladığı ov silahı aşkar edilib. Bu haqda ShimalNews 13 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə Təzəkənd sakini G.Babayevdən icazəsi olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.