Dövlət Ekoloji Təhlükəsizlik Xidməti İsmayıllıda “Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” adlı aksiya keçirib. Bu barədə ShimalNews 4 oktyabr tarixində xəbər verir.
Nəzarət tədbirləri zamanı Qaraqaya kənd sakinləri Qürbət Hacıyevin, Ramil Rüstəmovun və Elçin Əzizovun həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
Onlar barəsində akt, protokol tərtib edilərək, qanunamüvafiq tədbirlər görülüb, quyular isə ləğv olunub.