İsmayıllı sakinindən ov tüfəngi müsadirə edilib. Bu barədə ShimalNews 2 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qalınçaq kənd sakinindən silah aşkar edilib. H.Ağamalıyevdən saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.