top
İsmayıllı: qadın 100 dəfəyə yaxın polisə “şikayət edib” və həbs olunub
01 fevral 2023, 14:48
- ↺ +

İsmayıllı: qadın 100 dəfəyə yaxın polisə “şikayət edib” və həbs olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı sakini Bakıda təxminən 100 dəfə polis idarəsinə gedərək iş rejimini pozduğuna görə həbs edilib. Bu barədə ShimalNews 1 fevral tarixində “Qafqazinfo”ya istinadən məlumat verir.

42 yaşlı qadın dekabrın 21-dən başlayaraq Metropolitendə Polis İdarəsinə gəlib və işçilərinə qarşı nalayiq ifadələr işlədib. Ondan bu hərəkətlərə son qoyması tələb edilib, o isə polisin tələblərinə tabe olmayıb.

Bu səbəbdən əməli törədən barəsində inzibati tutulma haqqında protokol tərtib olunaraq, baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məsələ ilə bağlı kamera görüntülərini araşdırılıb və ittiham sübuta yetirilib. Qadın İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə həbs edilib.

Məhkəmədə metropolitendə polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi bildirib ki, xırda xuliqanlıq edib:

“Qadın əksər hallarda növbətçi hissədə olan polis əməkdaşları ilə dəhlizdə rastlaşdıqda səbəbsiz yerə polislərə nalayiq sözlər deyib. Üstəlik, mənim şəxsi mobil nömrəmə təhqiramiz mesajlar göndərib”.

Təqsirləndirilən şəxs isə məhkəmədə deyib ki, o, polis idarəsinə şikayət etmək üçün tez-tez gedib:

“Bir müddət əvvəl baş vermiş cinayətlə bağlı idarəyə müraciətim olmuşdu. Lakin məni qəbul etmirdilər, hər dəfə növbəti gün gəlməyimi deyirdilər. Daha sonra polis əməkdaşları tərəfindən şiddət və təhqirə məruz qaldım. Bu barədə Yasamal Rayon Prokurorluğuna müraciət etmişəm. Polis idarəsinə təxminən 60-70 dəfə getmişəm. Məqsədim oradakı rəhbər şəxslərlə görüşüb bəzi şəxslərin “axırına çıxmaq” idi. İş üzrə sənədlər qəsdən mənim əleyhimə tərtib edilib. Özümü təqsirli bilmirəm”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü - XRONİKA

İqtisadiyyat
Dünən, 18:10

Zaqatala maşın bazarında durğunluq: "4 min manata maşın tapa bilmədi"

Cəmiyyət
Dünən, 17:32

Küləklə bağlı xəbərdarlığı verilib

Cəmiyyət
Dünən, 16:48

Qubanın bu kəndində subartezian quyusu işlək vəziyyətə gətirildi

Cəmiyyət
Dünən, 15:48

Şəki və Qaxın qazlaşdırılmayan kəndləri Milli Məclisdə müzakirə olunub

İdman
Dünən, 15:36

"Şahdağ Qusar" meydanda gözləyir, "Mingəçevir" oyuna çıxmayıb

Cəmiyyət
Dünən, 14:58

Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə işləyəcək

Cəmiyyət
Dünən, 14:35

Energetika naziri Şimalda 7 rayonun sakinlərini qəbul edəcək

Cəmiyyət
Dünən, 13:46

Qusarda bu küçə asfaltlandı

Hadisə
Dünən, 13:05

"Şəki Yaylası"nın fəaliyyəti dayandırılıb: "İlin sonunda açıla bilər"

Cəmiyyət
Dünən, 12:20

Həbsdə olan sabiq icra başçısının qızı yenidən hakim təyin edilib

Hadisə
Dünən, 11:30

Şabranda ət satışı məntəqəsinin fəaliyyəti dayandırıldı

Hadisə
Dünən, 10:56

İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb

Cəmiyyət
Dünən, 10:29

Xaçmazda köhnə piyada körpüsünün bağlanması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Cəmiyyət
Dünən, 09:29

Xaçmaz Zəfər Gününə hazırlaşır

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 39-cu günü: XRONİKA

Cəmiyyət
03 noyabr 2026, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
03 noyabr 2026, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

İqtisadiyyat
03 noyabr 2026, 16:31

Avtobus marşrutlarının qalibləri - ADLAR

Hadisə
03 noyabr 2026, 16:23

Şəkidə qəza – İki avtomobilə ciddi ziyan dəyib - VİDEO

Cəmiyyət
03 noyabr 2026, 15:45

Çala-çuxur və kollar: Qusarda sakinlərin yol problemi

İqtisadiyyat
03 noyabr 2026, 14:29

Əcnəbi aqronom və baytar həkimlər üçün güzəşt olunacaq

Cəmiyyət
03 noyabr 2026, 14:26

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
03 noyabr 2026, 14:13

Hərbi qulluqçular məsuliyyətə cəlb oluna bilər

Oxşar xəbərlər