İsmayıllıda sənətkarlarla görüş keçirilib. Bu haqda ShimalNews 7 iyul tarixində Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İB-yə istinadən məlumat verir.
Görüşdə Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova, oyma və kəlağayı sənətkarları iştirak ediblər. Roman usta kəlağayı sənəti, Mirzə usta isə taxta üzərində oyma sənəti barədə qonaqlara məlumat veriblər.
Qeyd edək ki, oyma və kəlağayı emalatxanası “Basqal Resort & Spa” hoteli çərçivəsində yaradılıb.