İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Topçu kəndində səyyar qəbul keçirib. Bu haqda ShimalNews 23 fevral tarixində məlumat verir.
Sakinlərlə görüşdə Nahid Bağırov kəndin ümumi problemlərini müzakirə edib. Vətəndaşlar onları narahat edən məsələləri və təklifləri səsləndiriblər. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə tapşırıqlar verilib.
Görüşdə millət vəkilləri Novruz Aslanov və Tahir Kərimli də iştirak ediblər.