İsmayıllı rayon icra başçısı sakinləri narahat edən məsələləri dinləyib. Bu haqda ShimalNews 28 sentyabr tarixində məlumat verir.
Rayon İcra Hakimiyyətində baş tutan görüşdə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbulda vətəndaşların qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi bildirilib. Bunun üçün aidiyyəti şəxslərə tapşırıqlar verilib.