İsmayıllının Bizlan kəndi yaxınlığında yerləşən meşə ərazisi tullantılardan təmizlənib. Bu barədə ShimalNews 10 iyul tarixində şəhər RİH-yə istinadən məlumat verir.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Şahdağ Milli Parkının, İsmayıllı regional Hidrometeorologiya müəssisəsinin və Tircan Bələdiyyəsinin əməkdaşları, o cümlədən İsmayıllı gəncləri fəal iştirak ediblər.
Toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb.