İsmayıllı rayonunda 35 yaşlı qadın ölüb. Bu haqda ShimalNews 17 iyul tarixində istinadən məlumat verir.
Hadisə bu gün saat 14:00 radələrində Təzəkənd kəndində baş verib. Polisə daxil olan məlumata əsasən, Aytən Bədəlova aldığı kəsilmiş-deşilmiş xəsarətlərdən dünyasını dəyişib. Əməli törətməkdə şübhəli bilinən qadının 38 yaşlı həyat yoldaşı Etibar Bədəlov saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.