Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) sərgisində Basqal kəndinin kəlağayıları təqdim ediləcək. Bu barədə ShimalNews 22 iyul tarixində Azərtac-a istinadən məlumat verir.
MATM yeni ekspozisiyasında kəlağayıya aid vitrin nümayiş etdirəcək. Burada İsmayıllı ilə yanaşı, Şəki, Şamaxı və Naxçıvan da iştirak edəcək.
Kəlağayı Azərbaycan qadınının həyatında təkcə baş örtüyü deyil. O həm də ismət, sevgi rəmzidir. Azərbaycanda bu örtüyün ilk istehsal ünvanı İsmayıllı sayılır.