İsmayıllı rayonunun icra başçısı sakinlərlə növbəti görüşünü keçirib. Bu barədə ShimalNews 20 iyul tarixində RİH-yə istinadən məlumat verir.
Görüşdə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri də olublar.
Qaldırılan məsələlərin arasında bəziləri yerindəcə həllini tapıb, digərləri üçün müvafiq tapşırıqlar verilib.
İcra başçısı vətəndaşların müraciətlərini ayrılıqda dinləyərək onların operativ şəkildə həll olunması üçün göstərişlərini verib.