İsmayıllı rayonunda yanğın baş verib. Bu haqda 14 iyul tarixində Shimal.news Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə Diyallı kəndində qeydə alınıb. Belə ki, həyətyanı sahədə yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər ot bağlamalarının qalan hissəsini və yaxınlıqdakı tikililəri yanğından mühafizə ediblər.
Alov söndürülüb.