İsmayıllıda ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə bələdiyyə sədri cəzalandırılıb. Bu barədə ShimalNews 27 iyul tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yoxlama keçirdikləri zaman nöqsanlar aşkar ediblər.
Nəticədə sanitariya-gigiyena qaydalarını pozan Buynuz kəndinin bələdiyyə sədrinə protokol tərtib olunub.