İsmayıllı rayonunda 3 nəfər zəhərlənib. Bu haqda ShimalNews 25 iyul tarixində Report-a istinadən məlumat verir.
Hadisə Mollaisaqlı kəndində baş verib. Axşam yeməyindən sonra 61 yaşlı Solmaz Ağakişiyeva, 27 yaşlı Bəhman Şəhlalı və 29 yaşlı Lazım Şəhlalının halları pisləşib. Kənd sakinləri zəhərlənmə əlamətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ehtimala əsasən, ana və övladları qarpızdan zəhərləniblər.
Araşdırma aparılır.