İsmayıllı sakini özünə bıçaqla xəsarət yetirib. Bu barədə ShimalNews 24 iyun tarixində “Apa”ya istinadən məlumat verir.
Məlumata görə, 44 yaşlı Pərviz Əliyevin özünün qarın nahiyəsinə xəsarət yetirdiyi bildirilir. O, kəsilmiş-deşilmiş yara diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bir neçə gün əvvəl Pərviz Əliyevin həyat yoldaşının komaya düşərək dünyasını dəyişdiyi məlumdur.