İsmayıllı şəhərində yeni inşa edilən uşaq bağçası istifadəyə verilib. Bu haqda ShimalNews 20 fevral tarixində məlumat verir.
4 nömrəli uşaq bağçasının açılış tədbirində icra başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, tərbiyəçi-müəllimlər və valideynlər iştirak ediblər.
Bağça 1 korpus və 3 mərtəbədən ibarətdir. İlkin olaraq, bağça 4 qrup üzrə fəaliyyət göstərəcək ki, həmin qruplarda 80 nəfər uşağın tərbiyəsi ilə 5 nəfər pedaqoji heyət məşğul olacaq.