top
“İnsanlar yaxınlarının orqanlarının bağışlanmasına icazə vermirlər” – RƏSMİ
10 fevral 2025, 10:52
- ↺ +

“İnsanlar yaxınlarının orqanlarının bağışlanmasına icazə vermirlər” – RƏSMİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həyatda ikən orqanlarını bağışlamaq, ömrü yarıda qırılacaq birinə ümid olmaq, özündən sonra həyat miras qoymaq çox böyük cəsarət və humanizm tələb edir.

Bu mənada orqan bağışlamaq həm dini, həm bəşəri baxımdan çox böyük jest və insanlıqdır.

Bəs, niyə Azərbaycanda bu məsələ aktual deyil? Niyə ürək köçürmə əməliyyatları həyata keçirilmir?

Bunun səbəbi peşəkar mütəxəssis qıtlığı, avadanlıq çatışmazlığı, yoxsa donorun olmamasıdır?

Suallara cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən Bizim.Media-ya bildirilib ki, Azərbaycanda meyit donorlardan transplantasiya məqsədilə orqan və toxumaların götürülməsi "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Bu qanun insan orqan və toxumalarının donorluğu və transplantasiyası sahəsində hüquqi tənzimləmələri əhatə edir. Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, gözün buynuz qişası götürülə bilər. Ürək köçürülməsi də insan sağlam vəziyyətdə olanda yox, ancaq ona beyin ölümü diaqnozu qoyulduqdan sonra (meyitdən ) həyata keçirilə bilər”.

Qurum qeyd edir ki, mərkəz fəaliyyətə başladıqdan sonra bir neçə dəfə beyin ölümü halları baş verib və buranın əməkdaşları ölənin yaxınları ilə danışıqlar aparmağa cəhd etsə də, onlar meyitin orqanlarının bağışlanmasına razılıq verməyiblər:

“Təəssüf ki, bu kimi hallar cəmiyyətdə normal qarşılanmır, lakin bu halın aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür. İnsanların sağlığında ölümündən sonra donor olmağa razılıq verməsi, yalnız özləri üçün deyil, həm də yaxınları üçün vacib bir addım ola bilər. Çünki bu qərarın verilməsi, sonradan yaranacaq çətinliklərin və yaxınları ilə olan anlaşılmazlıqların qarşısını almağa kömək edər. Düşünürük ki, orqanların bağışlanılması prosesinin tam şəffaflıqla həyata keçirildiyi, orqanların ehtiyacı olan şəxslərə təmənnasız formada paylanması və s. kimi düşüncələr cəmiyyətdə formalaşdırılarsa, insanlar yaxınlarının orqanlarının bağışlanmasına daha rahat icazə verərlər”.

Tanınmış cərrah, tibb elmləri doktoru Adil Qeybulla isə Bizim.Media-ya Azərbaycanda ürək köçürülməməsinin səbəbini belə izah edib:

“Azərbaycanda çox peşəkar ürək cərrahları var. Onlar müəyyən bir heyətlə bu əməliyyatı həyata keçirə bilərlər. Burda ən böyük məsələ donor mənbəyidir. Ürək haradan olacaq? Ürək cüt orqan deyil ki, onun kimdənsə qaraciyər kimi bir hissəsini yaxud böyrək kimi ikisindən birini götürəsən. Ürək beyin ölümü keçirən, praktiki sağlam adamlardan götürülməlidir. Travma keçirən, avtomobil qəzasına düşən gənc adamlar olur. Heç bir valideyn də öz gənc əzizini təşrih etməyə, yarmağa, onun ürəyini götürməyə icazə vermir. Ona görə də cavan dünyasını dəyişən adamların sağlam ürəyi də torpaq altına gedir. Bu səbəbdən bizdə ürək nəqli məsələsi mümkün olmur. Bizdə orqan nəqli o vaxt yaxşı işləyəcək ki, millət psixoloji olaraq orqan bağışlamağa hazır olsun”.

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər