İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə təlimləri davam edir. Bu haqda ShimalNews 4 may tarixində məlumat verir.
Cari həftə ərzində aşağıdakı məkanlarda təlimlər keçirilib:
- Quba rayonu Aşağı-Atuc kənd orta məktəbi;
- Qusar rayon Mədəniyyət Mərkəzi, Köhnə Xudat Kənd Klubu və Avaran kənd tam orta məktəbi.
Agentliyin əməkdaşları Leyla Lətifova, Adil Həsənov, Laçın İbrahimxəlilov, İsa Məmmədov, Pərviz Əliyev, Tale Şükürov, Ləman Mollayeva, Nərgiz Əlimərdanova və Fuad Bayramov təqdimatla çıxış edərək iştirakçıların suallarını cavablandırıblar.