Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Sridharan Madhusudhanan Quba rayonuna səfər edib. Bu barədə ShimalNews 6 noyabr tarixində xəbər verir.
Səfir 5-6 noyabr tarixlərində icra başçısı İlqar Mahmudovla görüşüb, Quba haqqında ətraflı məlumat əldə edib və geniş fikir mübadiləsi aparıb.
Həmçinin Tarix-Diyarşünaslıq Muzeyi, “Cümə” məscidi və “ABAD Factory” istehsalat kompleksi ilə tanışlıq olub.