Şimal bölgəsində yağıntılı hava şəraiti davam edib. Bu haqda ShimalNews 7 may tarixində məlumat verir.
Düşən yağıntının miqdarı Xaltan, Qusar, Quba, İsmayıllıda 5 mm-dək olub. Qusarda duman müşahidə olunub.
Havanın minimal temperaturu dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.